...

Rusiya Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin maneəsiz buraxılmasının tərəfdarıdır

Siyasət Materials 5 Sentyabr 2023 16:55 (UTC +04:00)
Rusiya Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin maneəsiz buraxılmasının tərəfdarıdır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ağdam-Xankəndi yolu ilə humanitar yüklərin maneəsiz buraxılmasının tərəfdarıdır.

Trend çərşənbə axşamı xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O qeyd edib ki, bu məsələ Rusiya Xarici İşlər Nazirliyininin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin İrəvana səfəri zamanı ətraflı müzakirə olunub.

"Bu günlərdə o, Bakıdadır. Onun azərbaycanlı tərəfdaşlarımızla müvafiq məsləhətləşmələri planlaşdırılıb. Biz Rusiya, Azərbaycan və Ermənistan liderlərinin kompleks üçtərəfli razılaşmaları əsasında fəaliyyət göstəririk", - deyə Zaxarova əlavə edib.

Qeyd edək ki, Bakıdan Qarabağın erməni sakinləri üçün yola salınan ərzaq yüklü karvanı artıq 8 gündür ki, Ağdam-Xankəndi yolunda gözləyir.

İçərisində 40 ton un olan iki TIR Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllüləri ərazidə qurulmuş çadırlarda gecələyirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti