...

Böyük Britaniya Qarabağdakı qondarma “prezident seçkiləri”ni tanımır

Siyasət Materials 10 Sentyabr 2023 10:23 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri”ni tanımır. Biz beynəlxalq hüququn prinsip və normalarının əhəmiyyətini vurğulayaraq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld rəsmi "X" (Twitter) sosial şəbəkə hesabında bildirib.

Bundan əvvəl Türkiyə, Ukrayna, Pakistan, Moldova xarici işlər nazirlikləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlar separatçı rejimin suveren Azərbaycan ərazilərində keçirdiyi qondarma “prezident seçkiləri”ni pisləyib.

Azərbaycan XİN beynəlxalq ictimaiyyəti qondarma “seçkiləri” qətiyyətlə pisləməyə çağırıb və qeyd edib ki, “qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı marionet rejimi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı addımlar atıb. status-kvonu qoruyub saxlayıb işğalçılıq siyasətini davam etdirirlər, əslində sülh prosesində maraqlı deyillər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti