...

BMT Ermənistanı Azərbaycanın ərazi bütövlüyünə hörmət etməyə çağırır - Baş katibin nümayəndəsi

Siyasət Materials 12 Sentyabr 2023 23:48 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Biz BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təsdiq edən qətnamələrini xatırlamaq və onlara tam hörmət etməyə çağırmaq istərdik.

Trend-in məlumatına görə, bunu BMT baş katibinin mətbuat katibi Stefan Düjarrik brifinqdə sentyabrın 9-da erməni separatçılarının Qarabağda qondarma “prezident seçkiləri” keçirməsini şərh edərkən deyib.

"Baş katib regionda təhlükəsizlik və sülh naminə münasibətlərin uzunmüddətli normallaşması istiqamətində səyləri artırmağa çağırır", - deyə o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Qarabağda keçirilən qondarma “seçkiləri” qəti şəkildə pisləməyə çağırıb. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunduğu kimi, “qondarma “seçkilər”in keçirilməsi bir daha aydın şəkildə göstərir ki, Ermənistan və onun yaratdığı marionet rejimi, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı addımlar atıb status-kvonu qoruyub saxlayıb işğalçılıq siyasətini davam etdirirlər, əslində sülh prosesində maraqlı deyillər, əksinə, təxribat və vəziyyəti gərginləşdirmək yolunu tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti