...

İtkin düşmüşlərin ailə üzvlərindən 10 min 815 bioloji nümunə götürülüb - Xanlar Vəliyev

Siyasət Materials 18 Sentyabr 2023 14:24 (UTC +04:00)
İtkin düşmüşlərin ailə üzvlərindən 10 min 815 bioloji nümunə götürülüb - Xanlar Vəliyev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Birinci Qarabağ Müharibəsi zamanı itkin düşən şəxslərin meyit qalılqarının axtarışı prosesi daha intensiv xarakter alıb.

Trend xəbər verir ki, bunu Azərbaycanın baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Azad edilən ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılarkən azı 98 şəxsə aid meyit qalıqları aşkar edilib. Birinci Qarabağ müharibəsində itkin düşmüş 3890 şəxsin 3407 ailə üzvündən 10 min 815 bioloji nümunə götürülüb. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin meyit qalıqlarının basdırıldığı ərazilər Ermənistanda mövcuddur", - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, xarici ölkələrin sabiq dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, o cümlədən, humanitar sahə üzrə fəaliyyət göstərən qurumların nümayəndələrinin, beynəlxalq siyasi ekspertlərin iştirakı ilə 18 sentyabr tarixində “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda beynəlxalq konfrans keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti