...

Azərbaycan çətin görünəni BACARDI - Bakı İrəvanı MAT ETDİ: növbəti hədəfin astanasında

Siyasət Materials 18 Sentyabr 2023 16:57 (UTC +04:00)
Azərbaycan çətin görünəni BACARDI - Bakı İrəvanı MAT ETDİ: növbəti hədəfin astanasında
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Son illər həm regionda, həm də qlobal arenada çox şey dəyişib. Azərbaycan artıq nə 30 il, nə 3-4 il əvvəlki Azərbaycandır. 44 günlük müharibədən sonra regiondakı geosiyasi vəziyyəti xeyirinə dəyişən rəsmi Bakı regiondakı bütün proseslərdən halidir və gedişatı təmkinlə izləməklə yanaşı, kənar təzyiqlərə rəğmən qətiyyətli qərarları ilə də diqqət çəkir.

Ermənistanın eskalasiya niyyətinin olmadığını bildirən Nikol Paşinyan və komandası isə daha düşünmür ki, Azərbaycan onların aldıqları nəfəsin də yalan olduğundan xəbərdardır. Bir müddət əvvəl Azərbaycanla şərti sərhədləri istiqamətinə qoşun və hərbi texnika yığan Ermənistan tərəfi beynəlxalq ictimaiyyəti yalanları ilə aldatmağı bacarsa da, Azərbaycanı bu cür yalanlarla aldatmağın mümkünsüz olduğunu da bilməlidir.

Eskalasiya niyyətinin olmadığını deyən Ermənistanın şərti sərhəd bölgəsinə hamilərindən - Fransa, Rusiya, İran, Hindistan kimi ölkələrdən külli miqdarda silah daşıması heç də sülh istəyindən xəbər verən bir dövlətin addımı deyil. Ermənistanın bu gün yalan, riyakar siyasəti hər ötən gün daha da geniş vüsət alır. Amma bu erməni taktikası hər ötən gün rəsmi Bakı tərəfindən bloklanmaqdadır. Bu gün regiondakı prosesləri dəqiq və konkret faktlarla təhlil edən, erməniləin saxtakar, heç bir əsası olmayan yalan-palan siyasətinin əsl mahiyyətini məntiqlə, arqumentlərlə izah edən, aşkara çıxaran Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın istər Ermənistan hakimiyyəti, havadarları, istərsə də Qarabağ separatçılarının anti-Azərbaycan siyasətini, rəsmi Bakıya qarşı qarayxama kampaniyalarını əsassız çıxarmaqla yanaşı, məhz bu istiqamətdə xərclədikləri milyonlarla dolları da havaya sovurmuş olur.

Necə ki, baxmayaraq ki, Qarabağdakı qondarma rejimi dəstəkləyən Ermənistan dövləti Ağdam-Xankəndi yolu ilə humanitar yükün daşınmasına nə qədər mane olsa da bunu bacara bilmədi. Prezident İlham Əliyevin siyasi idarəçiliyi, məntiqli qərarları və düzgün zamanlaması erməniləri növbəti dəfə Azərbaycan qarşısında məğlub duruma saldı. Rəsmi Bakının qətiyyətli mövqeyi, təzyiqlərə sinə gərməsi, beynəlxalq ictimaiyyətdən, təşkilatlardan, insan haqlarından dəm vuran aidiyyatı qurum və dövlətlərdən, siyasətçilərdən lazımı dəstəyi almamsına rəğmən Azərbaycan bu dəfə də istəyinə çatdı, revanşist qüvvələri, işğalçıları, qondarma rejim qalıqlarını fakt qarşısında qoydu.

Dünən Qarabağdakı humanitar vəziyyət və təhlükəsizliklə bağlı Azərbaycan hökuməti ilə danışıqlara hazır olduqlarını bildirməklə hamilərindən xeyli dəstək almalarına rəğmən rəsmi Bakının qarşısında duruş gətirməyin mümkün olmadığı ilə barışdıqlarını nümayiş etdirən qondarma rejim bu gün səhər saatlarında Ağdam-Xankəndi yolunun Laçın yolu ilə humanitar yüklərin daşınması məqsədi ilə eyni anda fəaliyyətə başlamasına sadəcə seyirci qaldılar.

Bəli, "özümüzü öldürərik, amma buna razı olmarıq" deyən separatçılar humanitar yardımların Ağdam-Xankəndi yolundan gətirilməsini kənardan seyr etməklə razılaşmaqdan başqa çarələrinin qalmadığını nümayiş etdirdilər. Ermənistan başbilənlərinin təxribatlarına, dezinformasiyalarına, aramsız anti-Azərbaycan siyasətinə rəğmən bu gün məhz Azərbaycanın dövlət başçısının səyi ilə bütün yollar açılır.

Keçid məhz rəsmi Bakının tələb etdiyi kimi şəkildə - Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni vaxtda paralel olaraq gerçəkləşib. Ağdam-Xankəndi yolunun bağlanması üçün nə qondarma rejim, nə də Ermənistan höküməti özünü əvvəlki kikimi didib-parçalayacaq kimi də görünmür. Çünki hər hansı etiraz rəsmi Bakıya Laçın-Xankəndi yolunu bağlaması üçün zəmin yaratmış olacaq.

Azərbaycan bunu çox aydın şəkildə qeyd edib ki, Laçın-Xankəndi yolu Ağdam-Xankəndi yolundan istifadə edildiyi təqdirdə istifadə edilə bilər. Bu detal proseslərin bundan sonrakı gedişatını müəyyənləşdirmək adına Bakı üçün olduqca vacibdir. Çünki Ağdam-Xankəndi yolundan bundan öncə yalnız Rusiyanın keçidi baş tutmuşdu. Bu, Qərb dairələri üçün bu yolun legitimliyinə şübhə etmək imkanını saxlayırdı. BQXK-nin prosesə qoşulması isə Bakının istədiyi marşrutun beynəlxalq müstəvidə qəbul edilməsi deməkdir.

Beləcə, Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəyinki separatçıların Azərbaycanın şərtlərinə boyun əyməsi ilə nəticələndi, üstəlik Ermənistana havadarlıq edən, lobbisinin pullarına görə separatçıların müdafiəsini özünə sığışdıran beynəlxalq təhsisatlar, dövlətlər və onların ermənipərəst rəhbərlərinin qondarma rejim üzərindən Qarabağ ermənilərinin "humanitar böhran" bəhanəsi ilə Bakıya təzyiqlərinə bir xeyli aram verməsinə gətirib çıxaracaq. Nəticədə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya prosesinin sürətli vüsət almasına mane olmaq istəyənlərin də cəhdləri istək olaraq da qalacaq.

Reallıqdır ki, bu hadisə ilə Azərbaycanın prinsipisal mövqeyi təmin olundu. Bəs Azərbaycanı tənqid edən, Bakıya təzyiqlər göstərən, anti-Azərbaycan bəyanatlar səsləndirən dövlətlər və Qərb siyasi dairləri bu tarixi hadisələrin ardından hansı üzlə Azərbaycanla münasibətlərin inkişafı, dövlətlərarası gələcək planlar barədə danışa biləcəklər? Rəsmi Bakını masadan silib atmağa çalışan həmin qüvvələr bu gün növbəti dəfə Bakıdan əsl dərs aldılar. Lakin yaxşı olar ki, Ermənistan bu hadisələrdən ilk olaraq özünə dərs çıxarsın. Çünki Ermənistan dövləti Azərbaycandan Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq bir neçə dəfə bu dərsi alıb. Rəsmi İrəvan sinifdə qalmaq istəmirsə mütləq şəkildə Bakının tapşırıqlarından əla qiymət almalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti