...

Böyük Britaniya səfirliyində Vətən Müharibəsi şəhidləri anıldı

Siyasət Materials 27 Sentyabr 2023 15:50 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Anım Günündə Böyük Britaniya səfirliyində Azərbaycan və Ermənistan arasında münaqişədə həyatlarını itirənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edirik.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld sosial media hesabında qeyd edib.

"Böyük Britaniya regionda dinc gələcək üçün bütün tərəflərlə işləməyə davam edəcək", - deyə diplomat əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti