Bakı. Trend:
Azərbaycanda mülki pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə xidmət haqqı müəyyənləşib.
Trend xəbər verir ki, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Aviasiya haqqında” qanun layihəsində əks olunub.
Sənədə əsasən, pilotsuz uçuş aparatı sistemləri sahəsində
göstərilən xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət
rüsumları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununa əsasən müəyyən ediləcək
Azərbaycanın qanunlarına, beynəlxalq qayda və təcrübəyə uyğun
olaraq uçuşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə
pilotsuz uçuş aparatı sistemlərinin istismarı sahəsində göstərilən
müfəttiş xidmətlərinin və görülən işlərin qiymətləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.