Bakı. Trend:
30 ildən sonra doğma yurdumuza qayıdış bizim üçün çox xoş oldu. Sevincimizi sözlə ifadə etmək mümkün deyil.
Bunu Trend-ə Ağalı kəndinə geri dönən kənd sakini Şamil Quliyev deyib.
O bildirib ki, bundan sonra öz doğma Vətənində yaşayacaq və Ağalının gələcək inkişafına öz töhfəsini verəcək.
“Bu yaşdan sonra orada yaşayacağıq və Vətənimizə xidmət edəcəyik.
Allah möhtərəm Prezidentimiz İlham Əliyevə can sağlığı versin, şəhidlərimzə rəhmət etsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz öz Vətənimizə qayıdırıq”, - deyə o əlavə edib.
Qeyd edək ki, oktyabrın 28-da Abşeron rayonunun Masazır
kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti
köç karvanı yola salınıb.
İndiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda
müvəqqəti məskunlaşmış 25 ailə - 127 nəfər bundan sonra doğma
yurdda yaşamağa başlayacaq. Onlar ermənilərin işğal dövründə
tamamilə dağıtıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin
sakinləridir.
Bununla da indiyədək Ağalı kənddə daimi məskunlaşdırılan ailələrin sayı 175-ə (871 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.