...

Azərbaycanın SPECA-nın inkişafına regionların əməkdaşlığının möhkəmlənməsinə töhfəsini yüksək qiymətləndiririk - Tokayev

Siyasət Materials 24 Noyabr 2023 16:15 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına və Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığının möhkəmlənməsinə töhfəsini yüksək qiymətləndirir.

Trend cümə günü xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçirilən sammitində çıxışında deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu sahədə fəaliyyətinin zirvəsi Bakıda SPECA sammitinin keçirilməsi oldu.

"İnanıram ki, görüşlərin yekunları açıqlıq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan çoxplanlı əməkdaşlığımızın üfüqlərini genişləndirəcək", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti