Bakı. Trend:
Ermənistanın tarixdə heç bir zaman torpağı olmayıb, başqalarının torpaqlarını göz dikərək işğal edib, özlərinə dövlət qurublar.
Bu barədə Trend-ə açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım deyib.
O qeyd edib ki, Ermənistan indi Fransanın kuklası olub.
“Müstəmləkəçi Fransanı Afrikadan qovdular, indi özünə yeni bir etibar qazanmaq üçün arena axtarır. Bunun üçün də Ermənistandan istifadə edir. İkinci Qarabağ Müharibəsində də Ermənistanı dəstəklədi. Lakin bir fayda vermədi. Vətən Müharibəsi Azərbaycanın zəfəri ilə nəticələndi.
Fransa hazırda Ermənistanı silahlandıraraq regionda gərginlik yaratmağa çalışır. Fransa və Ermənistan ağıllanmalıdır. Müharibə istəyirlərsə, bilməlidilər ki, Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü ordusu, iqtisqdiyyatı, siyasəti var. Bu səbəbdən onların bütün planları uğursuzluqla nəticələnəcək. Fransanın hərəkətləri onun son çırpınışlarıdır”,- deyə o əlavə edib.