...

Reallığa "fransız" Fransadan daha bir uğursuz həmlə (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 18 Dekabr 2023 20:16 (UTC +04:00)
Reallığa "fransız" Fransadan daha bir uğursuz həmlə (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa yenə Azərbaycana qarşı qarayaxma kampaniyasından, ikili standartlarından əl çəkmir. Belə ki, bir qrup fransız ictimai-siyasi xadim, mer 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Tahir Rzayev bildirib ki, görünür, fransız ictimai-siyasi xadimlərinin reallıqdan xəbəri yoxdur.

“Varsa da, onlar anti-Azərbaycan təbliğatına qurşanıblar. Dünyanın əksər ölkələri bu tədbirin Azərbaycanda keçirilməsinə səs veriblər. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi alqışlanmalıdır. Çox təəssüf ki, o fransız ictimai-siyasi xadimləri dünyada baş verən proseslərdən xəbərsizdirlər. Fransanın mövqeyi yanlışdır. Bu gün başda Makron olmaqla, Fransa Azərbaycana qarşı təbliğat aparırlar. Onların bu etirazı heç nəyə təsir etmir, bu sadəcə bir böhtandır”, - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti