...

Fransada Natəvanın heykəlinə qarşı vandallıq edilib - Deputat

Siyasət Materials 26 Dekabr 2023 11:34 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanı yenidən silahlandıranlar revanşist qüvvələri alovlandırmaq məqsədi güdürlər, amma buna nail ola bilməyəcəklər.

Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin dekabrın 26-da keçirilən plenar iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu günlərdə mətbuatda yayılan məlumata görə, Fransanın Evian-le Bən şəhərində yerləşən parkda Xurşudbanu Natəvanın irsinə qarşı təhqiramiz hərəkətlərin edildiyinə dair məlumatları yayılır, orada olan yazıların silinməsi ilə bağlı məlumatlar var.

"Təəssüf edirik ki, vaxtilə Ermənistandan manipulyasiya aləti kimi istifadə edən, sonradan xunta rejiminin əli ilə Qarabağda xaos yaratmaq istəyən Fransa indi Azərbaycan mədəniyyətinə qarşı, Qarabağın, mədəniyyətimizin simvolu olan Xurşudbanu Natəvana qarşı belə hərəkətlərə yol verir.

İroniya ondan ibarətdir ki, dünyada mədəni və qeyri-mədəni irsin qorunmasına məhsul olan UNESCO təşkilatına ev sahibliyini Fransa edir. Bu da çox təəssüfləndirici haldır. Ümumiyyətlə, Fransanın irticaçı siyasətini ifşa edən, ona qarşı rıçaqlarımızı da işə salmalıyıq. Fransa axırıncı ölkədir ki, insan hüquqları, mədəni irslə bağlı Azərbaycana və dünyanın digər ölkələrinə dərs keçsin", - deyə deputat əlavə edib.

Xatırladaq ki, martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub. Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır.

Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaq.

Qeyd edək ki, sözügedən heykəlin müəllifi heykəltaraş İmran Mehdiyevdir.

Xəbər lenti

Xəbər lenti