Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin əziyyətini ölçə bilmərik. Vətən Müharibəsindəki qələbəmiz misilsizdir.
Bu barədə Trend-ə açıqlamasında ehtiyatda olan polkovnik Adil Haqverdiyev deyib.
"Bir hərbçi kimi belə müharibə idarə edən Ali Baş Komandan görməmişdim. Arxa cəbhədə də yürütdüyü siyasətlə Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Prezident İlham Əliyev Azərbaycan xalqının qəhrəmanıdır. Müharibədən sonra da qazilərə, şəhid ailələrinə diqqət və qayğısını əsirgəmədi", - deyə o bildirib.
Qeyd edək ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ümumi yığıncağı keçirilib.