...

Ceyhun Bayramov Almaniyaya təşəkkür etdi

Siyasət Materials 28 Fevral 2024 18:11 (UTC +04:00)
Ceyhun Bayramov Almaniyaya təşəkkür etdi

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya XİN rəhbəri Annalena Berboka təşəkkür edib.

Trend xəbər verir ki, C.Bayramov bu barədə "X" sosial şəbəkəsində post paylaşıb.

"Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti raunduna ev sahibliyi etdiyi üçün Almaniya tərəfinə və nazir Annalena Berboka təşəkkür edirəm. Bu, Azərbaycanın sülhə sadiqliyini bir daha bəyan etmək üçün yaxşı fürsət idi".

Qeyd edək ki, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın görüşü Almaniya XİN rəhbəri Annalena Berbokun iştirakı ilə üçtərəfli formatda davam edir.

Xəbər lenti

Xəbər lenti