...

Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir – Tural Gəncəliyev

Siyasət Materials 8 Mart 2024 16:00 (UTC +04:00)
Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir – Tural Gəncəliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qərb dünyasında artan islamofobiya çox təhlükəlidir. Hazrda vəziyyət 41-ci illərə qədər olan vəziyyəti xatırladır, o zaman da müsəlmanlara olan nifrət, çıxışlar artırdı. Eyni vəziyyəti indi də müşahidə edirik, müsəlmanlara qarşı, islama qarşı çıxışlar, nifrət hissi artır.

Trend-in məlumatına görə bunu "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransdapanel müzakirələri zaman Milli Məclisin deputatı Tural Gəncəlyev deyib.

O qeyd edib ki, Qərbdə islamofobiya həttə elmi səviyyəyə çıxarılıb, ali təhsil ocaqlarında da islamofobiya mövcuddur.

“Müsəlman alimləri Qərb ölkələrində elmi jurnallarında elmi məqalələr dərc etdirə bilmir. Guya daxili prosedura uyğun gəlmir deyib məqalənin dərc edilməsindən imtina edirlər. Gəlin, elmi cəmiyyətimizi formalaşdıraq”, - deyə o, bildirib.

T.Gəncəliyevin sözlərinə görə, Qərb ölkələrində universitet və məktəblərin dərsliklərdə də İslam əleyhinə çoxsaylı məqalələrin şahidi ola bilərsiniz.

“Avropalılar kilsəni manipulyasiya kimi istifadə edib, Turkiyə əleyhinə, islam əleyhinə istifadə edirlər. Avropa Şurası Parlament Assambleyasına baxın, kim Azərbaycan əleyhinə danışırsa, onu vəzifədə irəli çəkirlər. Ermənistan-Azərbaycan münaqişəsi zamanı da onlar elə düşünürdülər ki, Azərbaycan xristian Ermənistanı məhv edir. Bu tamamilə yalandır, bu münaqişə ərazi ilə bağlı idi, dinlə heç bir əlaqəsi yox idi. Biz sona kimi islamofobiya ilə mübarizə aparmalıyıq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti