Bakı. Trend:
Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli həmkarı Burak Akçapar ilə Ukraynadakı münaqişənin diplomatik həlli və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması mövzularında məsləhətləşmələr aparıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Diplomatlar Ukraynadakı münaqişəni, o cümlədən onun siyasi və diplomatik həlli perspektivlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin və bu məsələnin ilk növbədə regional formatlar çərçivəsində həllinin vacibliyini vurğulayıblar.
