...

Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Siyasət Materials 8 Aprel 2024 09:20 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qardaş Qazaxıstanda baş verən dağıdıcı daşqınlardan dərin hüznlə kədərlənirik.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" sosial media hesabında qeyd edib.

"Bu fəlakətdən zərər çəkmiş insanların kədərləini bölüşürük. Biz qardaş Qazaxıstanın xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar nəticəsində 3,6 mindən çox fərdi yaşayış binası su altında qalıb. Daşqın dövrü başlayandan indiyədək 72 029 nəfər xilas edilib ki, onlardan 16 078-i uşaqdır. Daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti