...

Aİ-nin komitə üzvləri Ağdam və Füzuliyə səfər ediblər (FOTO)

Siyasət Materials 12 Aprel 2024 19:25 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri işğaldan azad olunmuş Ağdam və Füzuli şəhərlərinə səfər ediblər.

Trend xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov “X” səhifəsində paylaşım edib.

Komitə üzvlərinə ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri və minatəmizləmə əməliyyatları barədə məlumat verilib.

Xəbər lenti

Xəbər lenti