...

Seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslər cəzalandırılacaq - Baş prokurorun birinci müavini

Siyasət Materials 10 İyul 2024 12:21 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Seçkilərlə bağlı prokurorluq orqanların əsas vəzifəsi daxil olmuş müraciətlərə baxılması ilə bağlıdır.

Trend xəbəör verir ki, bunu Baş prokurorun birinci müavini Elçin Məmmədov Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Elçin Məmmədov bildirib ki, qanunda seçkilərin keçirilməsi prosesi ilə bağlı müraciətlərə baxılması üçün çox qısa zaman müəyyən edilib:

“Səsvermə günü olan müraciətlərə dərhal baxılmalıdır. Eyni zamanda Seçki Məcəlləsinin 11-ci maddəsində də seçkilərin gedişinə müdaxilənin qadağan edilməsi ilə bağlı müddəa öz əksini tapıb. Bunun üçün cinayət məsuliyyəti nəzərdə tutulub. Milli Məclisə seçkilərin keçirilməsi ilə əlaqədar seçki qanunvericiliyinin pozulmasına yol verən şəxslərin qanunauyğun cəzalandırılması ilə bağlı prokurorluq orqanları tərəfindən bütün addımlar atılacaq”.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti