...

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir - XİN rəhbəri

Siyasət Materials 13 İyul 2024 15:26 (UTC +04:00)
Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir - XİN rəhbəri
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyi olaraq qalır.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT-in baş katibi Helqa Şmid ilə görüşü zamanı deyib.

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində son vəziyyət, sülh prosesində əldə olunan irəliləyişlər qeyd edilib:

Bununla belə, Ermənistanın cari Konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunun qəbuledilməz olduğu vurğulanıb. Sülh gündəliyinin irəli aparılmasına təhdid törədən addımların, xüsusilə Ermənistanda artan sürətli hərbiləşmənin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Xəbər lenti

Xəbər lenti