...

Daha 3 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Siyasət Materials 15 İyul 2024 16:27 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində Müasir Müsavat, Azərbaycan Demokratik Maarifçilik və Müsavat Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Trend xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

Xəbər lenti

Xəbər lenti