Bakı. Trend:
Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsinin artması əməkdaşlıq üçün böyük potensialdan xəbər verir.
Trend-in məlumatına görə, bunu, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşlərinin yekunlarına dair mətbuata birgə bəyanatında deyib.
“Keçən il və bu ilin 6 ayı ərzində ticarət dövriyyəsinin artımı əməkdaşlıq üçün böyük potensialdan xəbər verir ki, biz keçən il 4 milyard dollar həddini keçdik və [bu gün keçirilən görüşlərdə – red.] təbii ki, bu barədə fikir mübadiləsi apardıq”, - deyə dövlət başçısı bildirib.