...

Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik - MDB missiyası

Siyasət Materials 2 Sentyabr 2024 09:59 (UTC +04:00)
Azərbaycanın 16 rayonunda seçki prosesini müşahidə etmişik - MDB missiyası
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı, Gəncə, Naxçıvan, Şuşa, Xankəndi daxil olmaqla, Azərbaycanın 16 rayonunda seçki prosesi missiyamız tərəfindən müşahidə olunub. Bir sıra seçki məntəqələrində prosesi izləmişik. Seçki məntəqələri vaxtında açılıb, seçki prosesi şəffaf və yüksək şəraitdə baş tutub.

Trend xəbər verir ki, bu fikirləri Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidə missiyasının rəhbəri, MDB Baş katibinin birinci müavini Leonid Anfimov növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı sentyabrın 2-də keçirilən mətbuat konfransında səsləndirib.

Missiya rəhbəri onu da qeyd edib ki, bəzi müstəqil beynəlxalq müşahidəçilər seçki məntəqələrinin bəzilərində qanun pozuntularının olduğunu desələr də, bu çox az sayda baş verib. Belə hadisələrin vaxtında qarşısı alınıb və günahkarlar cəzalandırılıblar.

O həmçinin deyib ki, əlilliyi olan şəxslər üçün 2471 məntəqədə pandus quraşdırılmış, gözdən əlillər üçün isə trafaretlər hazırlanmışdı. Səslərin sayılmasına hazırlıq prosesini və protokolların sayılması prosesində də iştirak etməyə şərait yaradılmışdı. Missiyamız seçki prosesinin sakit şəraitdə keçdiyini və qanun pozuntularının aşkarlanmadığını müşahidə edib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti