...

Rusiya ərazisinə qeyri-qanuni məhsul idxalı üzrə cəhdlər dayandırılmalıdır - İqor Korotçenko

Siyasət Materials 7 Oktyabr 2024 19:30 (UTC +04:00)
Rusiya ərazisinə qeyri-qanuni məhsul idxalı üzrə cəhdlər dayandırılmalıdır - İqor Korotçenko
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Moskva. Trend:

Rusiya ərazisinə qeyri-qanuni məhsul idxalı üzrə cəhdlər dayandırılmalıdır.

Trend xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko Moskvada azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

"Fikrimcə, qeyri-qanuni məhsulun hansısa etiket altında Rusiya ərazisinə gətirilməsinə cəhdlərin qarşısı alınmalıdır. Burada hər hansı bir qeyri-qanuni Fransa istehsalı məhsula ehtiyacımız yoxdur. Düşünürəm ki, Rusiya gömrük strukturları və ərzaq keyfiyyətinə cavabdeh olan qurumlar bu sahədə Rusiya qanunvericiliyinin pozulmasına işarə edə biləcək faktlara diqqət yetirəcəklər", - o vurğulayıb.

İ.Korotçenko Rusiyanın heç bir xarici şirkəti ölkədən çıxarmadığını da əlavə edib.

Qeyd edək ki, son zamanlar Rusiya bazarında fransız konyakının erməni konyakı adı altında satılması barədə məlumatlar yayılıb.

Avqust ayında Rusiya mütəxəssisləri Ermənistan istehsalı olan konyakların təxminən 90 faizinin təhlükəsiz olmadığını və üzüm spirtini ehtiva etmədiyini müəyyən ediblər.

Qeyri-qanuni olduğu bildirilən konyak 1999-cu ildən "Yerevan konyak zavodu"nun sahibi olan və "Ararat" markası altında məhsul istehsal edən fransız "Perno Rikar" konserninə məxsus olduğu müəyənləşib.

Bununla yanaşı, "Perno Rikar" 2023-cü ilin mayında Rusiyadan çıxma qərarı alıb. Ancaq bu, Fransa şirkətinin Rusiya bazarını, Ermənistandan keçməklə, yenidən ələ keçirməsinə mane olmayıb.

Xəbər lenti

Xəbər lenti