...

Prezident İlham Əliyev: Azərbaycan kiçik ada dövlətlərinə kömək etməyi özünə mənəvi borc hesab edir

Siyasət Materials 10 Oktyabr 2024 11:28 (UTC +04:00)
Prezident İlham Əliyev: Azərbaycan kiçik ada dövlətlərinə kömək etməyi özünə mənəvi borc hesab edir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan kiçik ada dövlətlərinə kömək etməyi özünə mənəvi borc hesab edir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin COP-öncəsi tədbirinin iştirakçılarına müraciətində deyilir.

"COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir.

Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstəyini göstərir.

Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28, COP29 və COP30-un sədrləri qismində “İqlim Troykası” təsis edildi", - deyə müraciətdə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti