...

Gürcüstan Qərbin xəyallarını puç etdi: xalq gələcək rifahını seçdi - ŞƏRH

Siyasət Materials 27 Oktyabr 2024 19:31 (UTC +04:00)
Gürcüstan Qərbin xəyallarını puç etdi: xalq gələcək rifahını seçdi - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, ötən gün Gürcüstanda parlament seçkilərində səsvermə baş tutub. Səsvermədən sonra səslərin hesablanmasının nəticələrinə əsasən, hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası seçkilərdə qalib gəlib. Gürcüstan xalqı Qərbin məqsədlərini reallaşdırmağa çalışan müxalifəti rədd edərək, ölkənin və regionun gələcək rifahını, inkişafını və çiçəklənməsini seçdi.

Seçkilərin nəticələrini Trend-ə şərh edən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi.

O vurğulayıb ki, Gürcüstan xalqı "Gürcü Arzusu" partiyasını dəstəkləməklə həm də ölkənin yenidən bütövləşməsinə, regionda ayırıcı xətlər çəkməyə çalışanlara imkan verilməyəcəyinə dəstəyini vermiş oldu.

"Bu seçkilər onu göstərdi ki, çoxsaylı müdaxilələrə və seçki prosesinə təsir göstərmək cəhdlərinə baxmayaraq Qərb öz məqsədlərinə nail ola bilmədi. Qərb əsasən müstəqil siyasət yürüdən ölkələri öz iradəsinə tabe etdirməkdə maraqlıdır. Ona görə də onlar demokratik dəyərləri şüar edərək insanları yoldan çıxartmağa və dövlətlərin qazandıqları müstəqillikləri əllərindən almağa çalışırlar. Gürcüstan xalqı seçimini etməklə Qərbə yox dedi. Dost ölkənin deputatı olaraq gürcü xalqını doğru seçim etdiklərinə görə təbrik edirəm. Biz yaxın qonşular və dost ölkələr olaraq bir-birinin inkişafını, müstəqilliyinin əbədi olmasını, regionda sülh və əməkdaşlığın dərinləşməsini arzulayırıq", - deyə A.Badamov bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə Baş nazir İrakli Kobaxidzeyə təbrik məktubu göndərməsi ölkələrimiz arasındakı münasibətlərin bundan sonra daha da möhkəmlənməsi baxımından çox əhəmiyyətlidir.

"Seçki prosesi başa çatandan dərhal sonra ancaq dost və daha yaxın ölkələrin rəhbərləri bir-birini təbrik edirlər. Bu baxımdan dövlət başçımızın təbriki Gürcüstanla qonşuluğumuza, dostumluğumuza, qardaşlığımıza və yaxın əməkdaşlıq etməyimizə verilən dəyərin ifadəsidir", - deyə A.Badamov bildirib.

Onun sözlərinə görə, Gürcüstanda sabitliyin, inkişafın, ənənəvi dəyərlərin qorunub saxlanılması və regionun kənar güclərin təsiri altına salınmaması ölkələrimiz arası münasibətlərin daha da inkişaf etməsi və Cənubi Qafqazda əməkdaşlığın və sabitliyin möhkəmlənməsi üçün vacibdir.

"Dövlət başçımız təbrik məktubunda ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə böyük dəyər verərək Baş naziri onun üçün münasib vaxtda ölkəmizə səfərə dəvət etdi. Təbii ki, bu bir daha Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsinin göstəricisidir", - deyə deputat qeyd edib.

Deputat qeyd edib ki, seçkilərdə Gürcüstan vətəndaşı olan azərbaycanlılar xüsusi fəallıq göstərmiş və "Gürcü Arzusu" partiyasını yüksək səs çoxluğu ilə dəstəkləməklə Qərbin regionu parçalamaq və müharibə ocağına çevirmək siyasətinə qarşı çıxış etmiş oldu.

"Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycan və Gürcüstanın eyni mövqedən çıxış etdiyini, Qərb qüvvələrinin regiona gəlməsinə və onların müstəmləkəçilik siyasətinin reallaşmasına qarşı olduqlarını ifadə etdilər. Gürcüstan hökumətinin azərbaycanlıların dövlətə sədaqətini yüksək dəyərləndirəcəyinə və onları narahat edən məsələlərin həll olunmasına diqqətini artıracağını hesab edirəm. Regionumuzun diğər ölkəsi olan Ermənistan da Azərbaycanla Gürcüstanın olduğu kimi Qərbin Cənubi Qafqazda yerləşməsinə imkan verməzsə regionumuz sülh və əməkdaşlıq məkanına çevriləcəkdir", - deyə, deputat əlavə edib.

Eyni zamanda, Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə bildirib ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri bir çox məqamlarla yadda qaldı:

"Ən əsası isə seçkilərin nəticəsi Qərbin Cənubi Qafqazla bağlı məkrli planlarına qarşı mühüm addımlardan biri kimi yadda qaldı".

O, bildirib ki, bu prosesdə həlledici rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər:

"Burada Gürcüstandakı soydaşlarımıza xüsusi təşəkkür düşür. Çünki onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəklədilər. Eyni zamanda, soydaşlarımız Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini etdilər".

Deputat bildiirb ki, seçkilərədə soydaşlaırmızın sərgilədiyi mövqe hakim partiya üçün mühüm əhəmiyyət kəsb edib:

"Çünki Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Azərbaycanlı seçicilər, eyni zamanda öz əhatəsi və təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti