Bakı. Trend:
Belçikanın yeni xarici işlər naziri Bernard Kventin bazar ertəsi Belçika kralı Filipə and içib.
Trend-in məlumatına görə, bu barədə yerli KİV-lər xəbər verib.
Məlumata əsasən, B.Kventin Belçika tərəfindən Avropa Komissiyasına namizədliyi irəli sürülən və bir gün əvvəl AK üzvü kimi vəzifəsinə başlayan Aja Labibi əvəzinə gəlib.
Yerli media Belçika diplomatiyasının yeni rəhbərinin “Xarici İşlər Nazirliyindəki uzun karyerasını” qeyd edib.