Bakı. Trend:
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.
Məlumata görə, bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.
Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.