...

Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq - Ceyhun Bayramov

Siyasət Materials 18 Yanvar 2025 13:36 (UTC +04:00)
Azərbaycan-Türkiyə-Özbəkistan XİN rəhbərlərinin görüşü olacaq - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

10 gün sonra Azərbaycan-Türkiyə-Özbəkistan formatını reallaşdırmaq məqsədilə XİN rəhbərlərinin Türkiyədə görüşü olacaq.

Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidanla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyə münasibətləri əhatə dairəsinə görə çox genişdir.

"Bu münasibətlərin daha da genişləndirilməsi üçün müxtəlif addımlar atılır. Azərbaycan və Türkiyə xarici işlər nazirlikləri arasında sıx təmaslar mövcuddur. Sıx görüşlərə baxmayaraq, yeni mövzular hər dəfə artır.

Azərbaycanda artıq fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı artır. Xüsusilə işğaldan azad olunan ərazilərdə Türkiyə şirkətlərinin artan fəaliyyəti vurğulanmalıdır”, - deyə C.Bayramov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti