...

Ceyhun Bayramov Hakan Fidanla telefon danışığında Azərbaycanın istənilən yardıma hazır olduğunu bildirib

Siyasət Materials 22 Yanvar 2025 18:28 (UTC +04:00)
Ceyhun Bayramov Hakan Fidanla telefon danışığında Azərbaycanın istənilən yardıma hazır olduğunu bildirib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

22 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidana zəng vurub.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir Ceyhun Bayramov Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş faciəvi yanğın ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Vəfat edən şəxslərə Allahdan rəhmət, doğmalarına səbr, yaralılara şəfa arzulayıb.

Azərbaycan Respublikasının qardaş Türkiyə ilə bu çətin günlərdə həmrəy olduğu, kədərini bölüşdüyü diqqətə çatdırılıb, bir daha belə bir faciənin baş verməməsinə ümidvarlıq ifadə edilib. Ölkəmizin istənilən yardıma hazır olduğu diqqətə çatdırılıb.

Nazir Hakan Fidan başsağlığına, bu ağır gündə göstərilən dəstəyə görə təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti