...

Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə bəyanatlarını qətiyyətlə rədd edirik - XİN

Siyasət Materials 26 Yanvar 2025 00:36 (UTC +04:00)
Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə bəyanatlarını qətiyyətlə rədd edirik - XİN
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Fransa xarici işlər naziri Jan-Noel Barronun Azərbaycan əleyhinə bəyanatlarını qətiyyətlə rədd edirik.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə özünün “X” səhifəsində yazıb.

“Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək üçün cəhddir”, - o bildirib.

Onun sözlərinə görə, məhz Fransa həmişə regional işlərə qarışıb, Azərbaycanın apardığı sülh və sabitliyin bərpası prosesinə mane olmağa çalışmışıb.

“Bakı Təşəbbüs Qrupu QHT olaraq ictimaiyyətin diqqətini Fransanın müstəmləkəçilik siyasətinə və dənizaşırı ərazilərin problemlərinə yönəltmək məqsədi daşıyır. Bu cür qrupların fəaliyyətini gözdən salmaq cəhdləri dekolonizasiya prosesinə xələl gətirir”, - o bildirib.

A.Hacızadə qeyd edib ki, ötən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldürüldüyü və çoxlu sayda insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının perpektivsizliyi nümayiş etdirir.

“Üstəlik, Fransanın çoxsaylı beynəlxalq təşkilatlardakı rolundan və resurslarından sui-istifadə edərək, anti-kolonizasiya siyasətini təbliğ etmək istəyən beynəlxalq QHT-lərin tərəfdarlarına təzyiq göstərməsi mənasızdır və nəticə verməyəcək.

Biz Fransa xarici işlər nazirinin Azərbaycan əleyhinə bəyanatlarını qətiyyətlə rədd edir və pisləyirik”, - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti