Bakı. Trend:
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Avstraliyanı milli bayramı münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bununla bağlı XİN-in “X”dəki hesabında paylaşım olunub.
"Avstraliya Milli Günü münasibətilə Avstraliya və onun xalqını səmimi qəlbdən təbrik edirik! Avstraliya Gününüz mübarək!". - deyə paylaşımda qeyd olunub.