...

Qabriel Attalın bəyanatları Fransanın Cənubi Qafqazda birtərəfli və qərəzli yanaşmasını bir daha üzə çıxarır – Deputat

Siyasət Materials 26 Yanvar 2025 15:13 (UTC +04:00)
Qabriel Attalın bəyanatları Fransanın Cənubi Qafqazda birtərəfli və qərəzli yanaşmasını bir daha üzə çıxarır – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hökumətinin son dövrlərdə Azərbaycana qarşı irəli sürdüyü ittihamlar, xüsusilə keçmiş Baş nazir Qabriel Attalın Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyadakı tədbirinə dair bəyanatları Fransanın Cənubi Qafqazda birtərəfli və qərəzli yanaşmasını bir daha üzə çıxarır. Onun Azərbaycana qarşı səsləndirdiyi fikirlər tamamilə əsassız qarayaxma kampaniyasıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Millət vəkili bildirib ki, Fransanın keçmiş Baş naziri Qabriel Attalın Azərbaycana qarşı səsləndirdiyi əsassız fikirlər əslində ölkəmizin qlobal səviyyədə ədalətə çağırışlarının qarşısını almağa yönələn bir cəhddir.

“Fransa özünün müstəmləkəçi keçmişindən dərs çıxarmaq əvəzinə dünyanın müxtəlif bölgələrində ölkələrin daxili işlərinə müdaxilə siyasətini davam etdirir. Yeni Kaledoniyada insanlara qarşı zorakılıqlar, insanların azadlıq çağırışlarının susdurulması bunun bariz nümunələridir. Attalın bu ittihamları Fransanın müstəmləkə siyasətindən qalan ziddiyətləri gizlətmək üçün siyasi manevrdir.

Fransanın Bakı Təşəbbüs Qrupupunu daxili işlərə müdaxilə etməkdə ittiham etməsi absurddur. Bu qrup beynəlxalq hüququn təməl prinsipləri olan söz azadlığı və ədalətin qorunması məqsədini güdən bir QHT-dir. Fransanın Bakı Təşəbbüs Qrupunu ittiham etməsi onun həqiqi məqsədlərinin və qərəzli siyasətinin sübutudur. Bakı Təşəbbüs Qrupu yalnız haqq səsinin dünyaya çatdırılmasını təmin edir və heç bir dövlətin siyasətinə müdaxilə niyyətində deyil. Bakı Təşəbbüs Qrupunun fəaliyyəti yalnız Fransanı hədəf almaqdan ibarət deyil, ümümiyyətlə, dünyada müstəmləkiçilik siyasətini davam etdirən bütün ölkələrin iç üzünü ifşa etməkdən ibarətdir.

Fransa “demokratik prinsiplər” adı altında işğalda saxladığı ərazilərdə heç bir dəyərlərə hörmət etməməsi və insanları qətlə yetirməsi, həbs etməsi insanların hüquqlarını tapdalamaq və öz maraqlarını təmin etmək məqsədi güdür.

Azərbaycan regionda sülh və sabitliyin təmin edilməsi üçün bir çox platformalarda konstruktiv mövqedə dayanır. Ölkəmiz hər zaman beynəlxalq ədalətsizlik, beynəlxalq hüququn pozulması və bəşəriyyəti narahat edən digər məsələlərdə öz haqq səsini dünyaya çatdırıb.

Fransanın müstəmləkəçilik siyasəti beynəlxalq səviyyədə qınanmalı və tamamilə ləğv edilməlidir. Xalqların azadlıq hüququnun müdafiəsi üçün beynəlxalq ictimaiyyət bu siyasətə qarşı qəti mövqe sərgiləməlidir. Bu yalnız tarixi ədalətin bərpası deyil, həm də dünya miqyasında sülh və bərabərlik prinsipinin təmin edilməsi üçün vacib addımdır.

Fransa qərəzli yanaşmasını tərk edərək beynəlxalq hüququn prinsiplərinə uyğun fəaliyyət göstərməlidir. Azərbaycan beynəlxalq platformalarda öz həqiqətlərini çatdırmağa və Fransa kimi ölkələrin ikili standartlarını ifşa edərək ədalət uğrunda mübarizəsinə davam edəcək”, - deyə deputat qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti