...

Prezident İlham Əliyev alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqləyib

Siyasət Materials 27 Yanvar 2025 16:46 (UTC +04:00)
Prezident İlham Əliyev alkoqollu içkilərə minimum qiymət qoyulması haqqında qanunu təsdiqləyib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.

Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.

Nazirlər Kabineti "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası"nı iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.

Dövlət başçısı müvafiq qanunun icrası ilə bağlı qanuna dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti