...

Qərbi Azərbaycan İcmasının BMT Baş katibinə ünvanladığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb

Siyasət Materials 28 Yanvar 2025 11:34 (UTC +04:00)
Qərbi Azərbaycan İcmasının BMT Baş katibinə ünvanladığı məktub təşkilatın rəsmi sənədi kimi yayılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərmişdi. Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı. Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb.

Trend xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda məlumat verilib.

"Sözügedən məktubumuzun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması Ermənistanın sözügedən cinayətlər üzrə məsuliyyətinin beynəlxalq hüquqi müstəvidə təsbit olunması baxımından böyük əhəmiyyət kəsb edir.

Qərbi Azərbaycan İcması bu məsələni BMT ilə yanaşı regional təşkilatların və özlərini insan hüquqlarının müdafiəçiləri kimi təqdim edən beynəlxalq qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq istiqamətində səylərini davam etdirir", - bəyanatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti