...

Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsində Fransanın mövqeyinə təsir edir - Gülşən Paşayeva

Siyasət Materials 31 Yanvar 2025 10:37 (UTC +04:00)
Erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsində Fransanın mövqeyinə təsir edir - Gülşən Paşayeva
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Erməni diasporu Fransanın Ermənistan-Azərbaycan münaqişəsində mövqeyinə təsir edən spesifik daxili amildir.

Trend xəbər verir ki, bunu bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Fransa erməni diasporunun yaşadığı dünyanın ən böyük ölkələrindən biridir - burada erməni diasporunun sayı təxminən 600 min nəfərdir.

"Rusiya və ABŞ-dən sonra dünyada üçüncü, Avropa İttifaqında isə ən böyük erməni diasporu buradadır. Bundan əlavə, Fransa ənənəvi olaraq erməni maraqlarını fəal şəkildə dəstəkləyən güclü lobbi strukturları var", - o bildirib.

G.Paşayeva, Fransanın 1992-ci il yanvarın 3-də Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu xatırladıb. İkitərəfli əlaqələr rəsmi olaraq 1992-ci il fevralın 21-də qurulmuş, Azərbaycanın Fransadakı səfirliyi 1994-cü ilin oktyabrında açılmışdır.

Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti