...

Azərbaycanla Fransa arasında münasibətlər 2020-ci ildən sonra dəyişdi - Cote d'Azur Universitetinin professoru

Siyasət Materials 31 Yanvar 2025 10:46 (UTC +04:00)
Azərbaycanla Fransa arasında münasibətlər 2020-ci ildən sonra dəyişdi - Cote d'Azur Universitetinin professoru
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Fransa arasında münasibətlər 2020-ci ildən dəyişib.

Trend xəbər verir ki, bunu Cote d'Azur Universitetinin ictimai hüquq professoru Kristian Vallar Bakıda "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında deyib.

"Fransa Azərbaycanı müstəqillik əldə etdikdən dərhal sonra tanıyan azsaylı ölkələrdən biri idi ki, bu da tezliklə Azərbaycanda səfirliyin açılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə səbəb oldu. Təbii ki, Fransa münaqişənin həllində vasitəçi rolunu oynamağa və bitərəflik mövqeyini saxlamaqla iki ölkə arasında davamlı sülhə nail olmağa çalışırdı. Son illərdə baş verən hadisələrə baxmayaraq, Fransa keçmişdə bitərəf qalmağa, beynəlxalq hüquq normalarına riayət etməyə, iqtisadi və mədəni sahələrdə ikitərəfli münasibətləri inkişaf etdirməyə çalışıb", - o bildirib.

Professor qeyd edib ki, 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etdikdən sonra vəziyyət dəyişdi. Bu, Fransanın kəskin reaksiyasına səbəb oldu və bu, bir çox qərar və qətnamələrin qəbuluna səbəb oldu.

O, Fransadakı erməni icmasının çox böyük təsirə malik olduğunu vurğulayıb.

"Məsələn, mənim yaşadığım Marseldə erməni diasporunun sayı hətta yerli fransızların sayından da çoxdur", - K. Vallar qeyd edib.

Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti