...

Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı - Tural Gəncəliyev

Siyasət Materials 31 Yanvar 2025 10:43 (UTC +04:00)
Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı - Tural Gəncəliyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Emmanuel Makron Fransada hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı.

Trend xəbər verir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Azərbaycan Fransa musiqisinə, ədəbiyyatına qarşı hörmətlə yanaşıb.

"Tarixə nəzər salsaq görərik ki, Cümhuriyyət dövründə kifayət qədər azərbaycanlı Fransada təhsil alıb. Sovet İttifaqı dağıldıqdan sonra Fransa Azərbaycan və Ermənistan arasında olan münaqişədə neytrallığını saxlamağa çalışırdı. Lakin 2003-cü ildən sonra Fransa ölkəmizə qarşı qərəzli siyasət yürtməyə başladı. Çünki Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı tam olaraq haqlarını tələb etməyə başladı", - o bildirib.

Deputat qeyd edib ki, erməni diasporu Fransada güclüdür.

"Erməni diasporu Fransa elitasına güclü təsir edir. Hazırda da onların təsirlərini görürük. İki ölkə arasında münasibətlərin bu həddə çatmasına əsas səbəb Makron hökuməti və Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi oldu”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olan ictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan Milli Məclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France" fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “La Gazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brün və başqaları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti