...

Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik - XİN

Siyasət Materials 24 Fevral 2025 20:10 (UTC +04:00)
Ermənistanın normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik - XİN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik.

Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında Ermənistanın xarici işlər nazirinin qaldırdığı iddialara cavab verərkən deyib.

"Ötən il ərzində Azərbaycan və Ermənistan birbaşa ikitərəfli müzakirələr yolu ilə, xüsusilə ikitərəfli sülh sazişinin hazırlanması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqaməti daxil olmaqla normallaşma prosesində əhəmiyyətli irəliləyiş əldə ediblər.

İndiki məqamda, Ermənistanın Konstitusiyaya düzəlişlər vasitəsilə Azərbaycana qarşı ərazi iddialarından qanuni şəkildə imtina etməklə normallaşma prosesində əsas maneəni aradan qaldıracağını gözləyirik", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti