...

Qvineya-Bisau Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)

Siyasət Materials 27 Fevral 2025 17:26 (UTC +04:00)
Qvineya-Bisau Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb (FOTO)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ölkəmizdə rəsmi səfərdə olan Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo fevralın 27-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Xəbər lenti

Xəbər lenti