...

ABŞ-nin şəhərlərində üzərinə “Xocalıya ədalət” şüarı yazılmış avtomobillər hərəkət edib (FOTO)

Siyasət Materials 4 Mart 2025 20:20 (UTC +04:00)
ABŞ-nin şəhərlərində üzərinə “Xocalıya ədalət” şüarı yazılmış avtomobillər hərəkət edib (FOTO)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Vaşinqton, Nyu-York, Atlanta, Pitsburq şəhərlərində Xocalı soyqırımının 33-ci ildönümü ilə əlaqədar geniş məlumatlandırma aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Florida Azərbaycan İcmasının təşkilatçılığı ilə baş tutan aksiyada Xocalı həqiqətlərini əks etdirən LED ekran quraşdırılmış avtomobillər şəhərlərin mərkəzi küçələri boyunca hərəkət edib.

“CNN”-in binası, “Times Square” meydanı, Pentaqon, Ağ Ev, Kapitoli, Pitsburq Universiteti və digər məşhur yerlərin olduğu küçələrdən keçən LED ekranlı avtomobillərdə Xocalı soyqırımı qurbanlarının fotoları və faciənin dəhşətlərini göstərən təsvirlər nümayiş etdirilib. Avtomobillərin üzərində “Xocalıya ədalət!”, “Xocalı soyqırımını tanıyın!”, “Ermənistanın insanlığa qarşı cinayəti”, “Azərbaycanlılar ədalət tələb edir!”, “Xocalını xatırla!”, “Biz xatırlayırıq!”, “Xocalı üçün dua et!”, “Xocalıda 63 uşaq, o cümlədən yeni doğulanlar öldürülüb!”, “1992-ci il 26 fevral. 613 azərbaycanlı, 106 qadın, 63 uşaq, 70 ahıl şəxs qətlə yetirilib. 1275 nəfər azərbaycanlı girov götürülüb. 76 uşaq əlil olub. 25 uşaq hər iki valideynini itirib. 130 uşaq valideynlərindən birini itirib, 8 ailə tamamilə məhv edilib” şüar və faktları yazılıb.

Məlumatlandırma aksiyası yerli ictimaiyyətin marağına səbəb olub.

Qeyd edilir ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan məlumatlandırma aksiyalarının məqsədi yerli sakinlərin diqqətini Xocalı həqiqətlərinə çəkməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti