...

Əli Əsədov Belarusun yeni təyin olunmuş Baş nazirini təbrik edib

Siyasət Materials 12 Mart 2025 10:36 (UTC +04:00)
Əli Əsədov Belarusun yeni təyin olunmuş Baş nazirini təbrik edib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilir ki, Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.

Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.

Ə.Əsədov, həmçinin Azərbaycan Respublikası və Belarus Respublikası prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş tapşırıqlarının icrası istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti