...

Aİ-nin xüsusi nümayəndəsi Türkiyədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib

Siyasət Materials 12 Mart 2025 13:58 (UTC +04:00)
Aİ-nin xüsusi nümayəndəsi Türkiyədə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə edib
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun Türkiyəyə səfəri başa çatıb.

Trend xəbər verir ki, M. Qrono bu barədə özünün "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, səfər zamanı Türkiyə rəsmiləri ilə bir sıra mühüm regional məsələlər üzrə danışıqlar aparılıb.

"Ankara səfəri uğurla başa çatıb. Mən Türkiyədəki həmkarlarıma Cənubi Qafqazdakı məsələlər, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına, Gürcüstandakı münaqişə ilə bağlı məsələlərə, həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və regional gündəmlə bağlı açıq və konstruktiv fikir mübadiləsinə görə minnətdaram.

Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Aİ ölkələri üçün faydalı ola biləcək əməkdaşlıq və qarşılıqlı fəaliyyətin gücləndirilməsi imkanları da müzakirə edilib. Artan qlobal çağırışlar qarşısında regional sabitliyə, təhlükəsizliyə və davamlı sülhə nail olmaq üçün səyləri ikiqat artırmaq zəruridir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti