...

Ötən il əhalinin icbari tibbi sığortalanması üzrə büdcədən ayrılan vəsait açıqlanıb

Siyasət Materials 14 Mart 2025 11:28 (UTC +04:00)
Ötən il əhalinin icbari tibbi sığortalanması üzrə büdcədən ayrılan vəsait açıqlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilində (2024-cü il) səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon. manat vəsait ayrılıb (artım 8,2%).

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı çıxışında deyib.

O bildirib ki, hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti