...

Türkman QHT-lərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edib (FOTO)

Siyasət Materials 16 Mart 2025 18:17 (UTC +04:00)
Türkman QHT-lərindən ibarət nümayəndə heyəti işğaldan azad edilmiş bölgələrə səfər edib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il martın 14-dən Türkiyə, İraq, Suriyadan olan Türkman QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Trend xəbər verir ki, heyətə QHT sədrləri, ictimaiyyət nümayəndələri və media təmsilçiləri də daxildir. Səfər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xətti ilə həyata keçirilir.

Qonaqlar ilk olaraq işğaldan azad edilmiş ərazilərə səfər edib.

Heyət bu gün Füzuli şəhərini ziyarət edib. İlk olaraq, dağıdılmış Füzuli şəhər mərkəzi, daha sonra Füzulidə aparılan bərpa-quruculuq işləri, Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəb və Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə də tanış olublar. Qonaqlara məkanlar haqqında ətraflı məlumatlar verilib, ermənilərin burada törətdiyi vəhşiliklər və cinayətlər barədə qonaqları maraqlandıran suallar cavablandırılıb.

Xatırladaq ki, ötən gün heyət Xocalı, Xankəndi, Şuşa şəhərlərinə də səfər ediblər.

Xəbər lenti

Xəbər lenti