...

“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

Siyasət Materials 17 Mart 2025 10:47 (UTC +04:00)
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti yaradılır.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərmanda əksini tapıb.

Müəyyən edilib ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirmək üçün 3 (üç) üzvdən – Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarət İdarə Heyəti yaradılır.

Xəbər lenti

Xəbər lenti