...

Overçuk Ermənistan, Rusiya və Azərbaycan üçtərəfli komissiyasının aqibətinə aydınlıq gətirib

Siyasət Materials 18 Mart 2025 17:23 (UTC +04:00)
Overçuk Ermənistan, Rusiya və Azərbaycan üçtərəfli komissiyasının aqibətinə aydınlıq gətirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinləri səviyyəsində üçtərəfli komissiya hal-hazırda “yatmış” vəziyyətdə olsa da, onun işini heç kim dayandırmayıb.

Trend xəbər verir ki, bunu Rusiyanın baş nazir müavini Aleksey Overçuk jurnalistlərə verdiyi açıqlamada bildirib.

Jurnalistlərdən biri Azərbaycanla Ermənistanın birbaşa təmaslarını əsas gətirərək, üçtərəfli işçi qrupun ləğv olunub olunmayacağı ilə bağlı sual ünvanlayıb.

“Əvvəla birbaşa təmasların olması çox yaxşı haldır. Bu çox vacibdir. O ki, qaldı baş nazir müavinlərinin üçtərəfli işçi qrupuna, o Rusiya, Ermənistan və Azərbaycan dövlət başçılarının bəyanatı əsasında müəyyən edilib. Prinsip etibarı ilə hal-hazırda o “yatmış vəziyyətdədir”, bunu təsdiq etmək olar, amma lakin biz tərəfdaşlar arasında bu mövzuda təmasların qurulduğunu bilirik”, -deyə Overçuk bildirib.

Xatırladaq ki, 2021-ci ilin yanvar ayında Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ölkələrin baş nazir müavinləri səviyyəsində birgə işçi qrupun yaradılması ilə bağlı razılığa gəlmişdi. İşçi qrupun yaradılmasında əsas məqsəd regionda nəqliyyat və iqtisadi əlaqələrin normallaşdırılması olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti