Bakı. Trend:
Roma Papası Fransisk Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılmasını alqışlayıb.
Trend xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidmətinin martın 23-nə olan bülletenində qeyd olunub.
“Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o, tezliklə imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına öz töhfəsini verəcək”, – deyə Papa Fransiskin sözləri sitat gətirilib.