...

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb (FOTO)

Siyasət Materials 6 Aprel 2025 20:25 (UTC +04:00)
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 6-da Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb.
Sənədi Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova və Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti