...

Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biridir - Sahibə Qafarova

Siyasət Materials 7 Aprel 2025 11:38 (UTC +04:00)
Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biridir - Sahibə Qafarova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin bir sıra təşəbbüsləri Hərəkat üzvləri arasında həmrəyliyin, qarşılıqlı dəstəyin və çoxşaxəli əməkdaşlığın gücləndirilməsi, habelə onun institusional inkişafı üçün həyati əhəmiyyət kəsb edib.

Trend xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransında çıxışı zamanı deyib.

2019-cu ildə Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanın sədrlik prioritetlərini və fəaliyyətini Bandunq prinsipləri əsasında quracağını, ədaləti və beynəlxalq hüquq normalarını qətiyyətlə müdafiə edəcəyini, Qoşulmama Hərəkatının rolunu və nüfuzunu daha da artırmaq üçün çalışacağını vurğuladığını xatırladan spiker Sahibə Qafarova Parlament Şəbəkəsinin yaradılmasını da Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin mühüm nailiyyətlərindən biri kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti